“Akademik Məmməd Arif Dadaşzadə-120” adlı kitab sərgisi açıldı

“Akademik Məmməd Arif Dadaşzadə-120 ” adlı kitab sərgisi açıldı
calendar 8 iyun 2024
clock 11:37

Azərbaycan Milli Kitabxanası görkəmli ədəbiyyatşünas alim, tərcüməçi, pedaqoq, nasir, akademik Məmməd Arif Dadaşzadənin 120 illiyi ilə əlaqədar geniş kitab sərgisi hazırlayıb.

Kulis.az xəbər verir ki, sərgidə alimin həyat yolu və yaradıcılığı haqqında kitablar yer alır.

Həmçinin onun ədəbi irsi, ədəbiyyatşünaslıqla bağlı tədqiqat əsərləri, ali məktəblər üçün dərs vəsaitləri, redaktoru olduğu kitablar, dünya ədəbiyyatından tərcümələri Azərbaycan və xarici dillərdə nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

view 633 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news