Akademik Zemfira Səfərovanın yeni kitabı nəşr edildi

Akademik Zemfira Səfərovanın yeni kitabı nəşr edildi
calendar 18 iyul 2023
clock 16:40

Akademik Zemfira Səfərovanın yeni kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, bu günlərdə "Elm" nəşriyyatında görkəmli musiqişünas-alim, "Şöhrət" ordenli akademik, Əməkdar incəsənət xadimi, professor Zemfira xanım Səfərovanın "Azərbaycan musiqişünaslığı: mühüm mərhələlər" adlı kitabı yüksək poliqrafik tərtibatda çapdan çıxıb. 8 bölmədən ibarət kitabda Azərbaycan musiqişünaslığının mühüm mərhələləri, problemləri araşdırılıb, bu sahənin üfüqləri aydın şəkildə göstərilib. Kitabda müəllif, elmi mütəxəssislərlə bərabər, maraqlanan oxucuları da musiqişünaslığımızın tarixi ilə tanış edir.

Tədqiqatın müqəddiməsi akademik İsa Həbibbəylinindir, redaktorları sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor A.Tağızadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ü.Talıbzadə, rəyçilər AMEA-nın müxbir üzvü, professor Ə.Salamzadə və professor T.Məmmədovdur.

Qeyd edək ki, kitabda müəllifin son illərdə rus və ingilis dillərində çıxan məqalələri xarici oxucular üçün təqdim edilib

view 887 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news