Aktyor Rza Rzayevlə bağlı yeni qərar - Cəzası azaldıldı

Aktyor Rza Rzayevlə bağlı yeni qərar - Cəzası azaldıldı
calendar 31 may 2024
clock 23:35

Ötən il xuliqanlıqda təqsirli bilinərək 2 il azadlıqdan məhrum edilmiş tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayevin cəzası azaldıldı.

Kulis.az Qafqazinfoya istinadən xəbər verir ki, Xəzər Rayon Məhkəməsi belə qərar qəbul edib.

Hakim İlham Cəfərzadənin qərarı ilə Rza Rzayevin cəzası 6 ay azaldılıb. Bu qərarla onun çəkilməmiş 6 ay həbsi qalıb.

Xatırladaq ki, o, “Dolu” filmində rol aldığı “Drakon” obrazı ilə məşhurlaşıb.

view 682 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news