Aktyorun meyiti evində tapıldı

Aktyorun meyiti evində tapıldı
calendar 18 mart 2023
clock 10:39

“Con Vik” franşizası və “Dinləmə” serialı ilə ün qazanan amerikalı aktyor Lens Reddik 60 yaşında dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, bu barədə TMZ yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Bildirilib ki, aktyorun meyiti Hollivud yaxınlığında Studio-Sitidəki evində aşkarlanıb.
Sənətkarın ölüm səbəbi hələlik aydın deyil. Lakin, mənbələrin sözlərinə görə, L. Reddikin ölümü təbii səbəblərdən olub.

view 1340 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news