"Alatoranlıq" yenidən çəkilir

"Alatoranlıq" yenidən çəkilir
calendar 21 aprel 2023
clock 17:30

"Alatoranlıq" film seriyası serial olacaq.

Kulis.az xəbər verir ki, bu barədə "Deadline" nəşri məlumat yayıb.

Məlumata görə, serial "Lionsgate Television" kinostudiyası tərəfindən roman əsasında lentə alınacaq.

Artıq layihə üzərində işlər başlayıb, lakin hələ ilkin mərhələdədir. Serialın çəkilişlərində kitabın yazarı Stefani Mayer də iştirak edəcək.

Qeyd edək ki, kitab əsasında 2008-2012-ci illər ərzində 5 bölümdən ibarət film seriyası çəkilib. Ekran işində baş rolları Kristen Stüart və Robert Pattinson canlandırıblar.

Стало известно о съемках сериала по Сумеркам - Кино Mail.ru

view 1414 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news