Albaniyada Azərbaycan mədəniyyət həftəsi təşkil ediləcək

Albaniyada Azərbaycan mədəniyyət həftəsi təşkil ediləcək
calendar 7 iyul 2023
clock 16:37

"Albaniya və Azərbaycan arasında əməkdaşlıq həm də beynəlxalq təşkilatlar çərçivəsində özünü əks etdirir. Mən Prezident Əliyevə əminliyimi ifadə etdim ki, əməkdaşlığın hazırkı çox yaxşı tempi gələcəkdə də saxlanılacaq".

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Albaniya Prezidenti Bayram Beqay Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib.

Bayram Beqay qeyd edib ki, Albaniyada tezliklə Azərbaycan mədəniyyət həftəsi təşkil ediləcək.

“Əminəm ki, bu ay Albaniyanın şəhərlərinin dünyanın hər yerindən gələn turistlərlə dolu olan bir vaxtda Azərbaycan mədəniyyət həftəsi bayram ab-havasında keçəcəkdir. Bu isə mədəniyyətin xalqları və ölkələri nə dərəcədə yaxınlaşdırdığının təzahürü olacaqdır”, - Albaniya Prezidenti vurğulayıb.

view 758 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news