Aleksandr Sokurov Lokarno film festivalında

Aleksandr Sokurov Lokarno film festivalında
calendar 6 avqust 2022
clock 15:30

Rejissor Sokurov “Nağıllar” filminin nümayişi üçün İsveçrənin Lokarno şəhərində keçirilən kinofestivalında iştirak edib.

Kulis.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bir neçə ay əvvəl Rusiyanı tərk etməyə icazə verilməyən rusiyalı rejissor və İnsan Hüquqları Şurasının üzvü Aleksandr Sokurov İsveçrənin Lokarno şəhərində keçirilən film festivalının qonağı olub.

Bir müddət əvvəl rejissor Lokarnoda baş tutacaq hadisənin “onun kino həyatının sonu” olacağını etiraf edərək demişdi:
“Beynəlxalq kino həyatıma Lokarnoda başladım və orada bitirirəm”.

Bu ilin iyun ayında isə rus sərhədçiləri Sokurovu Rusiyadan Finlandiyaya buraxmamışdılar. Rejissor bununla bağlı açıqlama verərkən sərhədçilərin bu hərəkətini utanc verici əhvalat adlandırmışdı

view 1404 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news