Alen Delonun övladları onun həkimini məhkəməyə verdi

Alen Delonun övladları onun həkimini məhkəməyə verdi
calendar 7 iyul 2023
clock 13:20

Məşhur fransız aktyoru Alen Delonun övladları onun həkimini məhkəməyə verib.

Kulis.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

87 yaşlı sənətçinin varislərinin dediyinə görə, həkim mütəmadi olaraq ona qarşı aqressiv davranıb.

Vəkili mediaya açıqlamasında bildirib ki, onun evində məskunlaşan qadın getdikcə aqressivləşib, ona və uşaqlarına böhtanlar yağdırıb, onları təhqir edib.

Övladlarının dediklərini aktyor özü də təsdiqləyib. O, tibb bacısından Pikardiyadakı evini tərk etməsini tələb edib.

Qeyd edək ki, aktyor 2022-ci ilin mart ayından evtanaziya olunmaq istədiyini bildirib. O, hazırda İsveçrədə yaşayır.

view 1145 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news