Altın Portakal Film Festivalında qalmaqal: heyət işdən çıxarıldı

Altın Portakal Film Festivalında qalmaqal: heyət işdən çıxarıldı
calendar 4 oktyabr 2023
clock 14:06

Altın Portakal Film Festivalının təxirə salınması ətrafında qalmaqal davam edir.

Kulis.az xəbər verir ki, 7-14 oktyabrda keçirilməsi planlaşdırılan festivalın təşkilatçılıq işlərində səhvlər olduğu ortaya çıxıb.

"Qanun hökmü" sənədli filmi festivalın "Tammetrajlı filmlər" kateqoriyasında yarışmaya qəbul edildikdən sonra, heyətdəkilərdən birinin məhkəmə işinin olduğu ortaya çıxıb və film siyahıdan çıxarılıb.

Festivalın 20 münsifinin etirazından sonra, Necla Demircinin filmi yenidən siyahıya daxil edilib.

Mədəniyyət və Turizm Nazirliyinin festivalla əlaqələrini kəsdiyini açıqladıqdan sonra isə film yenidən siyahıdan çıxarılıb.

Qərardan eşidən aktrisa Demet Akbağ da yarışmanın münsif heyətindən çıxıb.

view 969 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news