Bu ilin yanvarından ABŞ-ın FOX telekanalında yayımlanan “The Cleaning Lady” (Xadimə) adlı serialın üçüncü bölümündə Azərbaycana qarşı təxribata yol verilib.
Kulis.az xəbər verir ki, sözügedən bölümdə iki erməni ailəsinin toyu nümayiş etdirilib. Baş rol oynayan aktyorlardan biri bu sözləri deyib:
“Xalqımız bu qədər kədər və itkilər yaşayıb. Bizim harada olmağımızdan, hara getməyimizdən asılı olmayaraq, Ermənistan həmişə bizim evimiz olacaq. Buna görə də fəxrlə bildirirəm ki, torpağımızı Azərbaycandan geri almağımız üçün oğlum Tariki erməni ordusuna göndərirəm. Əminəm ki, biz hamımız onunla fəxr edəcəyik”.
- Xalq artisti Elnarə Dadaşovanın 70 illiyi qeyd olunacaq
- Mario Varqas Lyosa: “Markesin şəxsiyyətinə hörmət bəsləmirəm” - MÜSAHİBƏ
- Burada sərxoş sürücünü çubuqla döyürlər
Maraqlıdır ki, bu epizod Azərbaycanın “Vağzalı” və “Heyvagülü” mahnılarına bənzər melodiyarla müşayiət edilib.