Amerikalı reper Didiyə qarşı 5 yeni iddia

Amerikalı reper Didiyə qarşı 5 yeni iddia
calendar 22 oktyabr 2024
clock 11:14

ABŞ-da "Diddy" və "Puff Daddy" ləqəbli amerikalı prodüser və reper Şon Komba qarşı cinsi istismar və zorlama ittihamları ilə daha 5 iddia qaldırılıb.

Kulis.az xəbər verir ki, sənədlərdə 2000-2022-ci illər arasında 2-si kişi, 3-ü qadın olmaqla 5 nəfərin Kombs tərəfindən cinsi istismara və təcavüzə məruz qaldığı qeyd edilib.

Vəki Toni Bazbi ümumilikdə 7 iddia qaldırmağı planlaşdırdığını və hər həftə Kombsu məhkəməyə verəcəklərini deyib. Vəkil Kombs tərəfindən cinsi təcavüzə və zorakılığa məruz qaldıqlarını iddia edən 120 nəfərin bu mövzuda məhkəməyə müraciət edəcəyini açıqlayıb.

view 342 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news