Anar: “Bir dəfə də məni müdafiə edin”

Anar:  “Bir dəfə də məni müdafiə edin”
calendar 11 noyabr 2022
clock 10:50

“10 ildir mənim filmlərim çəkilmir. Məni ittiham etməyə hamı qoçaqdır. Amma bir adamın yadına düşmür ki, bu insanın iki kino təhsili var. 10 ildir mən iki ssenarimi çəkdirə bilmirəm. Niyə? Çünki pul tapılmır”.

Kulis.az xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin sədri Anar BBC News Azərbaycancaya müsahibəsində deyib.

“Mədəniyyət Nazirliyi deyir ki, filmlər üçün pulumuz yoxdur. İmkanlı adamlar da deyir ki, mən pullarımı toya müğənni çağırmağa xərcləyirəm, kino üçün pulum yoxdur. Bir dəfə də məni müdafiə edin. Cəfər Cabbarlı ilə bağlı filmi çəkməyə mənim imkanım yoxdur” deyə Xalq yazıçısı bildirib.

view 1641 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news