Anar: “Bu, mənə qarşı təxribatdır!”

Anar, Xalq yazıçısı

Anar, Xalq yazıçısı

calendar 21 fevral 2022
clock 14:34

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar akademik Ramiz Mehdiyevin AMEA-nın prezidenti vəzifəsindən istefası ilə bağlı məsələyə sosial şəbəklərdə onun adından yayılan fikirlərin uydurma olduğunu bildirib.

Kulis.az xəbər verir ki, Anar bu barədə “525”ə açıqlamasında deyib.

“Mən Ramiz Mehdiyevin AMEA-nın prezidenti vəzifəsindən istefası ilə əlaqədar heç bir mətbuat orqanına, heç bir sayta, heç bir jurnalistə fikir bildirməmişəm. Mənim adımdan bununla bağlı sosial şəbəkələrdə yayılan fikirlər uydurmadır. Görünür, bu uydurma kiməsə Anara qarşı növbəti təxribat üçün lazım imiş”, – deyə Xalq yazıçısı vurğulayıb.

Qeyd edək ki, son günlər sosial şəbəklərdə yayılan xəbərlərə görə, Xalq yazıçı Anar akademik Ramiz Mehdiyevin AMEA prezidenti vəzifəsindən istefası məsələsinə mövqeyini açıqlayıb və guya ki, Ramiz Mehdiyevin vəzifədən vaxtında getməli olduğunu deyib.

view 3557 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news