APA TV 10 yaşında

APA TV 10 yaşında
calendar 29 may 2023
clock 10:00

Azərbaycanın internet məkanında özünəməxsus yeri olan APA TV-nin efir həyatına başlamasından 10 il ötür.

Kulis.az xəbər verir ki, 2013-cü il mayın 29-da internet üzərindən canlı yayıma başlayan APA TV bir çox ilklərə imza atmağı bacarıb.

Qeyd edək ki, "APA Group”un tərkibinə daxil olan televiziyada gündəlik xəbərlər, ictimai-siyasi, iqtisadi, sosial, dini, mədəni mövzulara həsr olunmuş verilişlər təqdim olunur.

APA TV Azərbaycanın internet məkanında geniş auditoriyaya sahibdir.

Kanalın bölgələrdə və ölkə hüdudlarından kənarda müxbir postları fəaliyyət göstərir.

Ad günün mübarək, APA TV!

view 827 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news