Aqşin Yeniseyin kitabı Türkiyədə çap olunacaq

Aqşin Yenisey

Aqşin Yenisey

calendar 24 fevral 2023
clock 11:30

Türkiyənin Atatürk Kültür, Dil ve Tarih Yüksek Kurumu yazıçı Aqşin Yeniseyin Türkiyədə yayımlanmayan bir romanının Anadolu türkçəsinə çevrilməsinin, çapının və yayımının müəlliflik hüququnu almaq istəyir.

Kulis.az xəbər verir ki, yazıçı bu barədə feysbuk hesabında məlumat verib.

"Dörd romandan - "Göləqarğısancan", "Tarix və Tale", "Hərflərin Vahiməsi" və hələ çap olunmayan "Cəhənnəmə Qar yağır" - birini seçəcəyəm. Xatırladım ki, keçən il "Tarix və Tale" romanı Atatürk Kültür, Dil və Tarix Kurumunun "Türk ədəbiyyatı roman ödülləri" mükafatına layiq görülmüşdü. Yəqin ki, bu gün imzalar atılacaq" -, deyə A.Yenisey bildirib.

view 1106 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news