"Arşın mal alan" Rusiya Musiqi Akademiyasında göstəriləcək

"Arşın mal alan" Rusiya Musiqi Akademiyasında göstəriləcək
calendar 11 oktyabr 2022
clock 15:53

Oktyabrın 14-də Kazan Konservatoriyasının Opera Studiyası Rinat Xəlitovun dirijorluğu ilə TATARİCA orkestri ilə birlikdə Moskvadakı Qnessinlər adına Rusiya Musiqi Akademiyasının Konsert zalının səhnəsində Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasını təqdim edəcək.

Kulis.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru kimi Ukraynanın Əməkdar incəsənət xadimi Rinat Bektaşev çıxış edir. Tamaşada Opera Studiyasının solistləri Syumbel Kiyamova, Ayrat Qəniyev, Aygül Qardislamova, Yevgeni Şornikov, Diana Muxutdinova və başqaları iştirak edirlər.

view 1129 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news