Astanada Azərbaycan mədəniyyəti günləri davam edir

Astanada Azərbaycan mədəniyyəti günləri davam edir
calendar 26 sentyabr 2024
clock 14:59

Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində sentyabrın 26-da mühüm tədbirlər keçirilib.

Kulis.az xəbər verir ki, Astanadakı Milli Muzeyində Qazaxıstan Milli İncəsənət Universitetinin tələbələri üçün Azərbaycan incəsənətinə dair silsilə mühazirələr təşkil edilib.

Tədbirdə Azərbaycanın tanınmış mədəniyyət xadimləri çıxış ediblər. Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikovanın "1920–1980-ci illərdə Azərbaycanda rəngkarlıq və qrafika", Azərbaycan Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimovanın "Təbriz miniatür məktəbi", Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikovanın "Azərbaycan Milli Xalça Muzeyi: Müasir məkanda qədim incəsənət" mövzularında mühazirələri dinlənilib.

Bu tədbirlər Azərbaycan və Qazaxıstan arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə və Azərbaycan incəsənətinin tanıdılmasına xidmət edir.

view 379 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news