“Avroviziya-2023”ün loqo və şüarı təqdim olundu

“Avroviziya-2023”ün loqo və şüarı təqdim olundu
calendar 31 yanvar 2023
clock 18:40

Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsinin loqo və şüarı təqdim olunub.

Kulis.az xəbər verir ki, bu barədə yarışmanın rəsmi instaqram hesabında bildirilib.

Loqonun hazırlanmasında dörd parlaq rəngdən istifadə olunub. Builki şüar “United by Music” (“Musiqi ilə birləşdirilənlər”) olub.

Qeyd edək ki, müsabiqənin yarımfinalları 9 və 11 may, finalı isə 13 mayda baş tutacaq. Azərbaycan yarışmada iştirak edəcəyini təsdiqləyib.

view 1254 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news