"Avroviziya 2025" hansı şəhərdə keçiriləcək?

"Avroviziya 2025"  hansı şəhərdə keçiriləcək?
calendar 13 may 2024
clock 13:30

"Avroviziya 2024" beynəlxalq mahnı müsabiqəsinin qalibi "The Code" mahnısı ilə İsveçrə təmsilçisi Nemo olub.

Kulis.az xəbər verir ki, "Avroviziya 2025"in ölkənin hansı şəhərində keçirilməsi haqda suallar yaranıb.

Müsabiqəyə ev sahibliyi etmək istəyən namizədlər arasında Cenevrə, Bazel və Sankt-Qallen şəhərləri yer alıb.

Amma namizəd şəhərlər beynəlxalq müsabiqəni qəbul edə bilmək üçün bir sıra şərtləri yerinə yetirməlidir. Buraya böyük konsert zalı, hotellərdə qonaqların yerləşməsi üçün kifayət qədər yerin olması daxildir.

view 558 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news