"Ay yapım"ın çəkiliş meydançasında ağır qəza

"Ay yapım"ın çəkiliş meydançasında ağır qəza
calendar 11 may 2023
clock 12:50

Türkiyənin "Show TV" kanalında yayımlanan "Aile" serialının çəkilişləri zamanı qəza yaşanıb.

Kulis.az xəbər verir ki, bu barədə "Ay yapım" təşkilatçı şirkəti məlumat yayıb.

Qəzada bəzi set işçiləri yaralanıb. Sosial media hesabından açıqlama verən şirkət çəkiliş meydançasında baş verən dəhşətli qəzanı izah edərək, araşdırmaya başladığını açıqlayıb: " 'Ailə' serialımızın 11-ci bölümünün final səhnəsinin çəkilişləri zamanı üzücü hadisə baş verdi. Nəticədə bəzi həmkarlarımız yaralandı. Hadisəyə səbəb olan nöqsanlarla bağlı araşdırmalar başlayıb. Bütün həmkarlarımıza uğurlar arzulayırıq".

Qeyd edək ki, serialın baş rollarında Kıvanç Tatlıtuğ, Serenay Sarıkaya, Canan Ergüder, Nur Sürer, Nejat İşler və Yüsra Geyikin yer alıb.

view 809 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news