AYB üzvlərinə xəbərdarlıq ediləcək

AYB üzvlərinə xəbərdarlıq ediləcək
calendar 15 oktyabr 2021
clock 17:15

Azərbaycan Yazıçılar Birliyinin üzvləri üzvlük haqqını ödəməsələr, onlara ciddi xəbərdarlıq olunacaq.

Bu barədə Kulis.aza AYB katibi Rəşad Məcid verib. Onun sözlərinə görə, bu gün birlikdə keçirilən iclasda qərar qəbul edilib.

Rəşad Məcid daha sonra bunları söyləyib:

“Üzvlük haqqını ödəməyənlərin çıxardılması barədə yayılan xəbər doğru deyil. Biz sadəcə o adamlara xəbərdarlıq edəcəyik”.

Xatırladaq ki, AYB-də illik üzvlük haqqı 15 manatdır.

view 2125 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news