Aygün Bəylər uzun fasilədən sonra konsertə hazırlaşır

Aygün Bəylər uzun fasilədən sonra konsertə hazırlaşır
calendar 22 noyabr 2023
clock 14:10

Əməkdar artist Aygün Bəylər uzun fasilədən sonra yenidən konsert verəcək.

Kulis.az xəbər verir ki, konsert dekabrın 26-da Heydər Əliyev Sarayında baş tutacaq.

Sənətçi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq konsertdə özünün "Mehribani" simfonik muğamını Cadenza orkestrinin müşayiəti ilə təqdim edəcək. Gecədən yığılan vəsait "YAŞAT" Fonduna bağışlanacaq.

Qeyd edək ki, A.Bəylər xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, uzun müddət müalicə aldığı üçün konsert vermirdi.

view 2654 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news