Aytən Səfərova Kamran Həsənliyə cavab verdi

Aytən Səfərova Kamran Həsənliyə cavab verdi
calendar 19 dekabr 2023
clock 15:11

Aparıcı Aytən Səfərova həmkarı Kamran Həsənlinin "Xəzər TV"ni tənqid etməsinə reaksiya verib.

Kulis.az xəbər verir ki, aparıcı bununla bağlı instaqramında video yayımlayıb.

O, videoya "Xəzər TV"nin israrla bayağı olmasını İTV-də iddia edənlər, zənnimcə, bu günə qədər reklam fasiləsində qalıb verilişə qayıtmayanlardır. Və ya qaytarılmayanlar" sözlərini yazıb.

Qeyd edək ki, Kamran Həsənli İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində Xalq artisti, "Xəzər TV"nin rəhbəri Murad Dadaşovun "Biz bilirik ki, maarifləndirməliyik. Ayın sonunda 600-ə yaxın əməkdaşımız maaş almalıdır" sözlərinə belə münasibət bildirib:

"Murad Dadaşovun qəribə açıqlamasın eşitdim. Televiziya rəhbərləri televiziyanın rəzil gününü millətin aşağı səviyyəsinə bağlayırlar. Birbaşa milləti təhqir edirlər. Ədəbiyyatda Hüseyn Cavidi, Xəlil Rzanı, Mikayıl Müşfiqi yaradan millət günahkardır. Yəni onun səviyyəsi o qədər aşağıdır ki, axırda maaş verəcək deyə pis veriliş etməlidir ki, baxılsın. Bəlkə də dünyada yeganə xalq bizik ki, qürurla, açıqca deyirik ki, biz televizora baxmırıq".

Axşam.az

view 1243 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news