Azərbaycan Animasiya Assosiasiyasının saytı fəaliyyətə başlayıb

Azərbaycan Animasiya Assosiasiyasının saytı fəaliyyətə başlayıb
calendar 2 yanvar 2023
clock 12:30

Azərbaycan Animasiya Assosiasiyasının saytı - www.anima.az fəaliyyətə başlayıb.

Kulis.az xəbər verir ki, assosiasiyanın əsas məqsədi Azərbaycan animasiya kinosunun inkişafına yardım etməkdir. Bu məqsədlə assosiasiya müntəzəm olaraq yerli və beynəlxalq layihələr, festivallar, tədris proqramları, konfranslar və digər ictimai tədbirlər həyata keçirir.

Təşkilat, həmçinin animasiya vasitəsilə uşaqlarda, yeniyetmələrdə və böyüklərdə kreativliliyi təşviq etmək, animasiya studiyalarına, animasiya peşəkarlarına və həvəskarlara dəstək olmaq, milli animasiya maraqlarını müdafiə etmək və milli animasiyanı Azərbaycanda və xaricdə təbliğ etməyi qarşısına hədəf qoyub.

Sayt iki - Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.

view 1257 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news