Azərbaycan əsərləri Özbəkistanda səhnəyə qoyulacaq

Azərbaycan əsərləri Özbəkistanda səhnəyə qoyulacaq
calendar 23 avqust 2022
clock 17:40

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Səmərqənd şəhər Katta Kurqan Teatrının rəhbəri, tanınmış rejissor Batır Tuqalov ilə görüşüb.

Kulis.az xəbər verir ki, görüşdə Özbəkistan-Azərbaycan arasında teatr sənəti sahəsində əməkdaşlıq, Azərbaycan əsərlərinin Səmərqənd teatrında səhnələşdirilməsi, Azərbaycan teatr müəssisələri ilə əlaqələrin genişləndirilməsi, rejissor və artistlərin qarşılıqlı təcrübə mübadiləsi, birgə layihələrin reallaşdırılması məsələləri razılaşdırılıb.

Bu il oktyabrın 18-də Səmərqənd şəhər gününə həsr olunmuş tədbirlərdə Azərbaycan Mədəniyyət Mərkəzinin iştirakı, azərbaycanlı sənətçilərin çıxışı və s. barədə fikir mübadiləsi aparılıb. Samir Abbasov Azərbaycan Mədəniyyət Mərkəzi, onun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumat verərək, Mərkəzin binası, muzeyləri ilə qonağı tanış edib.

view 1277 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news