Azərbaycan "İntervision"da iştirak edəcək

Azərbaycan "İntervision"da iştirak edəcək
calendar 11 iyun 2024
clock 12:48

Azərbaycan "İntervision" beynəlxalq musiqi müsabiqəsində iştirak edəcək.

Kulis.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy rus mediasına müsahibəsində deyib.

Qeyd edək ki, MDB (Müstəqil Dövlətlər Birliyi), BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) və ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) ölkələrinin "İntervision” beynəlxalq musiqi müsabiqəsində iştirak etmək üçün dəvət aldığı bildirilib. Bundan əlavə, bir sıra Latın Amerikası ölkələri də müsabiqəyə dəvət olunub.

Müsabiqəyə ilkin baxış 2024-cü ilin sonu və ya 2025-ci ilin əvvəlində keçiriləcək.

view 465 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news