Azərbaycan poeziyası İspaniyada işıqlandırıldı

Azərbaycan poeziyası İspaniyada işıqlandırıldı
calendar 19 mart 2024
clock 13:30

İspaniyanın “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir poeziya nümunələrinə geniş yer ayırıb.

Kulis.az xəbər verir ki, Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Əli Kərim, Məmməd Araz, Musa Yaqub, Vaqif Səmədoğlu, Ələkbər Salahzadə, Ramiz Rövşən, Eldar Baxış, Vaqif Bayatlı Odər, Zakir Fəxri, Adil Mirseyid, Əlisəmid Kür, Rüstəm Behrudi, Salam Sarvan, Həmid Herisçi, Fərhad Mete və Leyla Əliyeva kimi tanınmış ədəbi simaların ispan dilinə tərcümə olunmuş əsərləri kitabın “Ədəbi nəşrlər” bölməsində işıqlandırılıb.

Qeyd edək ki, kitabın ispan dilinə tərcümə müəllifləri tanınmış ispan filoloqu Raul Poggi Alexandro və ispan dili mütəxəssisi Tutuxanım Yunusovadır.

view 804 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news