Azərbaycan Yazıçılar Birliyinin qurultayının vaxtı dəyişdi

Azərbaycan Yazıçılar Birliyinin qurultayının vaxtı dəyişdi
calendar 26 sentyabr 2022
clock 16:07

Azərbaycan Yazıçılar Birliyinin qurultayının vaxtı dəyişib.

Bu barədə APA-ya birlikdən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Yazıçılar Birliyində katibliyin geniş tərkibdə toplantısı keçirilib.

Ağsaqqallar Şurasının, Gənclər Şurasının və mətbu orqanların rəhbərlərinin də iştirak etdiyi toplantıda qurultayqabağı hazırlıq işləri müzakirə edilib. Toplantı iştirakçıları təşkilati məsələlərlə bağlı təkliflər səsləndirib. Texniki və təşkilati məsələlərin həlli, yüksək hazırlıq işləri üçün əvvəlcə nəzərdə tutulmuş oktyabrın 5-i tarixinin dəyişdirilməsi, Azərbaycan Yazıçılarının XIII Qurultayının oktyabr ayının sonunadək keçirilməsi qərara alınıb.

view 1538 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news