Azərbaycanda Özbəkistan mədəniyyət günləri başladı

Azərbaycanda Özbəkistan mədəniyyət günləri başladı
calendar 1 avqust 2023
clock 17:20

Azərbaycanda Özbəkistan mədəniyyəti günləri başlayıb.

Kulis.az xəbər verir ki, Özbəkistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən mədəniyyət günləri çərçivəsində tanınmış özbək sənətçilərinin iştirakı ilə böyük konsert proqramı, eyni zamanda teatr tamaşalarının nümayişi, kitab sərgisinin keçirilməsi və digər tədbirlər nəzərdə tutulub.

Dörd gün davam edəcək mədəniyyət günləri çərçivəsində məşhur sənətçilərdən Özbəkistanın Xalq artistləri Fərrux Zakirov, Nəsibə Abdullayeva, Haşimjon İsmaylov, Zulayxo Boyxanova, Gulsanam Mamazoitova, Jenisbek Piyazov, Samandar Alimov və başqaları azərbaycanlı sənətsevərlərin qarşısında çıxış edəcək.

Mədəniyyət günləri avqustun 4-də başa çatacaq.

view 770 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news