“Azərbaycanfilm” Avropa Film Akademiyasına üzv şəxslər barədə açıqlama yaydı

“Azərbaycanfilm” Avropa Film Akademiyasına üzv şəxslər barədə açıqlama yaydı
calendar 17 may 2022
clock 11:30

“Kinooperator Kənan Məmmədov 2010-cu ildə Avropa Film Akademiyasının üzvlüyünə qəbul edilib. Digər 12 kinematoqrafçı isə 2022-ci ildən Akademiyanın üzvüdürlər”.

APA xəbər verir ki, bu barədə “Azərbaycanfilm”in açıqlamasında bildirilib.

Qeyd olunub ki, hazırda Avropa Film Akademiyasının Azərbaycandan 13 üzvü var: "Kinooperator Kənan Məmmədov 2010-cu ildə bu qurumun üzvlüyünə qəbul edilib. Digər 12 kinematoqrafçı isə 2022-ci ildən Akademiyanın üzvüdürlər. Bunlar kinooperator Rafiq Quliyev, kinoşünas Ayaz Salayev, kinorejissorlar Vaqif Mustafayev, Hüseyn Mehdiyev, İlqar Nəcəf, Rüfət Həsənov, Asif Rüstəmov, Elvin Adıgözəl, rejissor-prodüser Orman Əliyev, rejissor Teymur Hacıyev və prodüser İradə Bağırzadədir".

Qeyd edək ki, Akademiyaya üzvlük 52 ölkə kinematoqrafçıları üçün açıqdır. Bu siyahıda Azərbaycanın da adı var.

view 1572 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news