Azərbaycanın Türkiyədəki səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılır

Azərbaycanın Türkiyədəki səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılır
calendar 6 oktyabr 2023
clock 18:30

Ankara şəhərində Azərbaycanın Türkiyədəki səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılır.

Kulis.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncam Azərbaycan mədəniyyətinin, tarixinin və dilinin təbliği işini genişləndirmək məqsədi daşıyır.

Nazirlər Kabinetinə Mədəniyyət Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb.

view 1052 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news