Azərbaycanlı aktyorun evi uçdu

Azərbaycanlı aktyorun evi uçdu
calendar 5 aprel 2024
clock 14:16

Aktyor, şoumen Eldar Bağırbəyovun evi uçub.

Kulis.az xəbər verir ki, bu haqda aktyor özü məlumat yayıb.

O qeyd edib ki, Yasamal rayonu ərazisində yerləşən ev yararsız hala düşüb. Hamamda tavan çökərək, digər evlərə də ziyan vurub.

Evinin ayaqyolusunun belə yararsız halda olduğunu vurğulayan E.Bağırbəyov müvafiq qurumlardan yardım istəyib.

Qeyd edək ki, E.Bağırbəyov Dövlət Akademik Rus Dram Teatrının aktyoru olub. O, eyni zamanda Birinci Qarabağ müharibəsi qazisidir.

Axşam.az

view 1006 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news