Azərbaycanlı gənc şair narkotikə görə həbs olundu - Məhkəmə

Azərbaycanlı gənc şair narkotikə görə həbs olundu - Məhkəmə
calendar 21 avqust 2023
clock 12:04

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs olunan Sərəstan Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Kulis.az Lent.az-a istinadən xəbər verir ki, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib. Şahidin ifadəsinə etiraz edən təqsirləndirilən şəxs şərləndiyini, ümumiyyətlə, narkotik maddə tanımadığını deyib.

İttihama görə, Sərəstan Bəşirov bu il aprelin 26-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb. Üzərinə baxış keçirilərkən ondan külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb.

Xatırladaq ki, Sərəstan Bəşirov şairdir və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, "Sərəstan Gur" imzası ilə müxtəlif media qurumlarında şeir və hekayələri ilə çıxış edib.

view 1594 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news