Azərbaycanlı rejissor vəfat etdi

Azərbaycanlı rejissor vəfat etdi
calendar 23 dekabr 2022
clock 10:09

Azərbaycanın tanınmış teatr rejissoru Oruc Qurbanov dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, əməkdar incəsənət xadimi, "Qızıl Dərviş" mükafatı laureatı, Lənkəran Dövlət Dram Teatrının quruluşçu rejissoru uzun sürən xəstəlikdən sonra bu gün 73 yaşında vəfat edib.

Qurbanov Oruc İzzət oğlu 1949-cu ildə Bakı şəhərində fəhlə ailəsində anadan olub. 1979-80-ci illərdə Azərbaycan Mədəniyyət Nazirliyinin göndərişi ilə Moskva şəhərində görkəmli rejissor A. V. Efrosun rəhbərliyi altında Ali Teatr Rejissorluğunu bitirib. Musiqili Komediya Teatrının dəvəti ilə2007-ci ildə C.Quliyev, Ə.Əmirlinin "Yeddi məhbusə anası", 2009-cu ildə müəllifi olduğu "Diqqət! Şəhərdə manyak var!" liberettosuna quruluş verib. Son ədəbi işi "Ağa Məhəmməd şah Qacar" kinoromanıdır. 2002-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 2017-ci ildə Lənkəran Dövlət Dram Teatrına baş rejissor vəzifəsinə təyin olunmuşdu.

Allah rəhmət eləsin....

view 1534 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news