Azərbaycanlı rəssam faciəvi şəkildə öldü

Azərbaycanlı rəssam faciəvi şəkildə öldü
calendar 25 noyabr 2023
clock 10:37

Neftçalada tanınmış rəssam yol qəzası səbəbindən dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, uzun illər Neftçala Tarix-Diyarşünaslıq Muzeyində çalışan rəssam Nurəddin Nəzərov motosikletlə balıq tutmağa gedərkən yol qəzası baş verib. Belə ki, motosikletin qarşısına iribuynuzlu heyvan çıxdığından sürücü idarəetməni itirib. Nəticədə motosiklet aşıb və kuzada olan N.Nəzərov yıxılaraq ağır xəsarət alıb. O, hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Azərbaycan Rəssamlar İttifaqının üzvü olan 65 yaşlı rəssamın dəfələrlə fərdi sərgiləri təşkil olunub.

Qafqazinfo

view 1514 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news