Azərbaycanlı şair vəfat etdi

Azərbaycanlı şair vəfat etdi
calendar 30 dekabr 2021
clock 12:40

Aşıq Şəmşir Mədəniyyət Ocağının sədri, şair Qənbər Qurbanov (Şəmşiroğlu) vəfat edib.

Bu barədə kulis.az-a Azərbaycan Yazıçılar Birliyindən məlumat verilib.

Q.Şəmşiroğlu 1933-cü ildə Kəlbəcər rayonunda Aşıq Şəmirin ailəsində dünyaya gəlib.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laurеatı olub.

Uzun müddət dövlət fəaliyyətində səmərəli çalışdığına görə "Şərəf nişanı" ordeni, "Əmək igidliyinə görə" və "Əmək veteranı" medalı ilə təltif edilib, 2011-ci ildə "Tərəqqi" medalına layiq görülüb.

Qeyd edək ki, Q.Şəmşiroğlu Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun atasıdır.

view 2826 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news