Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək

Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
calendar 19 iyun 2023
clock 17:30

İyunun 19-dan iyulun 1-dək Moskvada və Sankt-Peterburqda P.İ.Çaykovski adına XVII beynəlxalq müsabiqə keçiriləcək.

Kulis.az xəbər verir ki, müsabiqə iştirakçıları arasında hazırda Sankt-Peterburq Mariinski Teatrının dəvətli solisti olan soydaşımız Həmid Abdulov (tenor) da var. O, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin, Sankt-Peterburq Konservatoriyasının, Yelena Obraztsovanın Beynəlxalq Musiqi Akademiyasının məzunudur.

Dörd ildən bir keçirilən müsabiqənin əsas məqsədi yeni istedadların üzə çıxarılmasıdır.

view 799 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news