Azərbaycanlı yazıçı fəxri doktor adına layiq görüldü

Azərbaycanlı yazıçı fəxri doktor adına layiq görüldü
calendar 29 may 2023
clock 15:10

Azərbaycanlı yazıçı-publisist Yunus Oğuz türk dünyasına və Azərbaycan-Türkiyə qardaşlığına verdiyi töhfəyə görə mükafatlandırılıb.

Kulis.az xəbər verir ki, Yunus Oğuz Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru adına layiq görülüb. Təqdim edilən fəxri diplomda yazıçının türk ədəbiyyatına verdiyi töhfələr, iki qardaş dövlətin münasibətlərinin genişlənməsinə verdiyi dəyər vurğulanıb.

Qeyd edək ki, Yunus Oğuz türk tarixindən bəhs edən bir çox tarixi romanın müəllifidir.

view 905 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news