AzTV gələn il milli animasiya filmlərinin istehsalına başlayacaq

AzTV gələn il milli animasiya filmlərinin istehsalına başlayacaq
calendar 13 noyabr 2023
clock 15:50

AzTV gələn il milli animasiya filmlərinin istehsalına başlayacaq.

Kulis.az xəbər verir ki, bu barədə Ankarada səfərdə olan Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədovla TİKA-nın sədri Serkan Kayalar arasında görüşdə razılıq əldə olunub. Tərəflər iki qardaş ölkə arasında əməkdaşlığın televiziya sahəsində də inkişaf etdirilməsinin mühüm istiqamətlərini müzakirə ediblər.

Qeyd olunub ki, hazırda ən maraqlı və strateji sahələrdən biri milli dəyərləri, qədim türk tarixi və adət-ənənələrini özündə əks etdirən ortaq cizgi filmlərinin hazırlanmasıdır.

Odur ki, TİKA-nın dəstəyi ilə 2024-cü ildə AzTV-də animasiya mərkəzinin yaradılması və yerli mütəxəssislərin hazırlanması, AzTV əməkdaşlarının TRT-də təcrübə mübadiləsi keçməsi qərara alınıb.

view 745 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news