Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri məlum olub

Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri məlum olub
calendar 16 noyabr 2022
clock 10:30

3-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri müəyyən olunub.

Kulis.az xəbər verir ki, festivalın bağlanış mərasimi və qaliblərin mükafatlandırması baş tutub.

Beləliklə, qaliblər aşağıdakı nominasiyalar üzrə təyin olunub:

Ən yaxşı bədii film: “Hasar” - rejissor Qulu Əsgərov;

Ən yaxşı ssenari müəllifi: “Sonuncu foto” - ssenari müəllifi və rejissor Türkan Hüseyn;

Ən yaxşı rejissor: “Son payız” - ssenari müəllifi və rejissor Rüstəm Babazadə;

Ən yaxşı sənədli film: “Toz çəkiləndən bəri” - rejissor Toğrul Abbasov;

Ən yaxşı tələbə işi: “Motivator - rejissor Kamal Müşfiq;

Ən yaxşı sosial çarx: “Onun kamerası” - rejissor Böyükağa Əliyev;

Münsiflər Heyətinin xüsusi mükafatı: Səddam Mehdiyev, Murad Hüseynov – “İki yol” və “Vəhşi durnalar mövsümü” filmlərinə görə.

Həmçinin rejissorlar Amil Amal, Elnur Paşa, Cavad Nur, Ruslan Mollayev isə münsiflərin xüsusi diplomlarına layiq görülüblər.

view 1080 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news