Bakıda "Mariupolis 2" filmi nümayiş olunacaq

Bakıda "Mariupolis 2" filmi nümayiş olunacaq
calendar 10 may 2023
clock 19:00

Mayın 17-si saat 18:00-da "Landmark Rotunda" zalında "Mariupolis 2" filmi nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, tədbir Litva və Ukraynanın Azərbaycandakı səfirliklərinin təşkilatçılığı ilə keçiriləcək.

"Mariupolis 2" Ukraynada həlak olmuş Litva rejissoru Mantas Kvedaraviçyusun filmidir. Avropa Kino Akademiyası tərəfindən 2022-ci ilin ən yaxşı sənədli filmi adına, 75-ci Kann kinofestivalında isə münsiflər heyətinin "Qızıl göz" xüsusi mükafatına layiq görülüb.

Xatırladaq ki, "Mariupolis 2" Mariupol sakinlərinin müharibə şəraitində yaşayışından bəhs edən sənədli filmdir.

view 845 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news