Bakıda Özbəkistanın “Xumo“ baleti təqdim edildi

Bakıda Özbəkistanın “Xumo“ baleti  təqdim edildi
calendar 17 noyabr 2022
clock 18:50

Ə. Nəvai adına Özbəkistan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi Bakıda qastrol səfərindədir .

Kulis.az xəbər verir ki, səfər çərçivəsində Daşkənd Teatrının sənətçiləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində özbək bəstəkarı Ənvər Erqaşovun "Xumo" baletini təqdim edib.

Premyerası 2005-ci ildə baş tutan bu tamaşaya görə bəstəkar Ə.Erqaşov 2007-ci ildə Özbəkistanın I dərəcəli Dövlət mükafatına layiq görülmüşdür. Özbək milli baletinin ən dəyərli nümunələrindən biri olan bu tamaşada Xeyirlə Şərin mübarizəsi və sonda Xeyirin Şər qüvvələr üzərində qələbəsindən bəhs olunur. Sehirli quş - Xumo isə Xeyirxahlıq və Ədalət simvolu kimi bu mübarizəyə yardımçı olur.

Qeyd edək ki, Özbəkistanlı opera ustaları görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin "Ruqoletto" operasının tamaşası ilə də çıxış edəcəklər.

view 965 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news