Bakıda Pasxa bazarı açılacaq

Bakıda Pasxa bazarı açılacaq
calendar 5 aprel 2023
clock 17:40

Aprelin 22-də Pasxa bayramı şənlikləri çərçivəsində Bakıdakı Rus Evində ənənəvi xeyriyyə məqsədli Pasxa bazarı açılacaq.

Kulis.az xəbər verir ki, tədbir Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Rusiyalı Həmvətənlər Koordinasiya Şurası, Azərbaycanın Rus icması, Rus Mədəniyyət Mərkəzi və “Yaşlek” tatar gənclər mərkəzinin dəstəyi ilə təşkil olunur.

Yarmarkaya gələnlər ustaların əl işlərindən ibarət hədiyyə və məhsullar əldə edə biləcəklər.

Aksiyadan əldə ediləcək vəsait valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək üçün xərclənəcək.

Pasxa bazarı saat 12:00-dan 17:00-dək açıq olacaq.

view 1521 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news