Bakıda “Qardaşlıq dastan”ı adlı konsert keçiriləcək

Bakıda “Qardaşlıq dastan”ı adlı konsert keçiriləcək
calendar 18 mart 2024
clock 11:00

Bakı Konqres Mərkəzində möhtəşəm rəqsləri, göstərdiyi əsrarəngiz şoularla Türkiyədə və dünyada tanınmış “Alagöz” rəqs ansamblının və Azərbaycanın Xalq artisti Aygün Kazımovanın təqdim etdiyi “Qardaşlıq dastan”ı adlı möhtəşəm konsert və şou-proqram keçiriləcək.

Kulis.az xəbər verir ki, konsert mayın 9-da baş tutacaq.

Qeyd edək ki, Türkiyə və Azərbaycanın sarsılmaz qardaşlığını nümayiş etdirəcək, “İMZA” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbir Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilir.

view 766 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news