Dekabrın 10-11-də Bakıda Qazaxıstan Kino Günləri keçiriləcək.
Kulis.az xəbər verir ki, nümayişlər Qazaxıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə gerçəkləşəcək.
Tamaşaçılara “Kenje Kiz” cizgi filmi və “Alga” bədii filmi təqdim olunacaq.
- “Kaybedənlər klubu yolda”nın afişası çıxdı - FOTO
- Doğulduğu gün ölənlər - İnsan nə vaxt qocalır?
- Kitabxananın 45 illiyi ilə əlaqədar informasiya lövhəsi hazırlandı
Filmləri cizgi filminin rejissoru İvan Ardaşov və bədii filmin baş rol ifaçısı Yerqol Semkulov təqdim edəcəklər.
Hər iki film ingilis subtitrları ilə rus dilində nümayiş olunacaq. Giriş sərbəstdir.