Bakıda Uşaq Kitab Festivalı başladı

Bakıda Uşaq Kitab Festivalı başladı
calendar 8 aprel 2023
clock 15:30

Bakıda II Uşaq Kitab Festivalı başlayıb.

Kulis.az xəbər verir ki, açılış mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, deputatlar və digər dövlət qurumlarının rəsmiləri iştirak edib.

Açılış mərasimində çıxış edənlər festivalın əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, festivalda on minlərlə kitabın endirimli qiymətlərlə satışı, təqdimatlar, imza mərasimləri, master-klaslar, məşhurların “Nağıl saatı”, kukla teatrı, əyləncəli tamaşalar nümayiş etdiriləcək.

Sərginin ilk günündə yazıçılar Reyhan Yusifqızı, Amin Oruc, Fatimə Alxaz, qiraətçi Xəzər Süleymanlının nağıl saatı baş tutub.

view 1197 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news