Yaponiyanın Azərbaycandakı səfirliyi bu gündoğan ölkə ilə maraqlanan hər kəsi mayın 15-də keçiriləcək “Yaponiya mədəniyyət festivalı 2022” tədbirinə dəvət edir.
Kulis.az xəbər verir ki, bu, “Yaponiya-Azərbaycan Dostluq İli 2022” çərçivəsində ilk böyük və bütün ictimaiyyət üçün açıq tədbir olacaq. Tədbir yalnız bir gün - “Landmark Baku” otelində keçiriləcək.
Tədbirdə Yaponiya ilə bağlı rəqslər, mahnı ifaları, kospley çıxışları, bu ölkənin mədəniyyət nümunələri ilə bağlı stendlər, əl işləri nümayişi olacaqdır.
- Yazarlarımız heç yalan danışıblarmı? - Sorğu
- Azərbaycan muzeyləri Moskva festivalında
- “CINEMO” Mobil Film Festivalının qalibləri mükafatlandırıldı
Tədbir ödənişsizdir, Yaponiya mədəniyyəti ilə maraqlanan hər kəs iştirak edə bilər.