“Balaca kişilər” növbəti dəfə səhnədə

“Balaca kişilər”  növbəti dəfə səhnədə
calendar 4 aprel 2024
clock 14:00

Aprelin 14-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Balaca kişilər” tamaşası növbəti dəfə nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, səhnə əsəri yazıçı İlqar Fəhminin eyniadlı əsəri əsasında hazırlanan qəhrəmanlıq dramıdır. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur.

“Balaca kişilər” İkinci Qarabağ müharibəsində baş verən real hadisələri əks etdirir. Əsərin ideyası igidlərimizin şücaətindən, onların müharibə fonunda qəhrəmana çevrilmələrindən bəhs edir.

44 günlük Vətən savaşı və qələbəmizə ithaf edilən tamaşa vətənpərvərlik, insani dəyərlərin qorunması ilə yanaşı, həm də hər bir vətəndaşın torpağa bağlılığını, mənəvi və bəşəri dəyərlərə sadiqliyini təcəssüm etdirir.

view 704 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news