Tekirdağda yaşayan 29 yaşlı Ersin Çiçək "Batman" filmindəki personajdan ilhamlanan geyimi və dəyişdirilmiş motosikleti ilə onu görənlərin diqqətini çəkir.
Kulis.az xəbər verir ki, modifikasiya olunmuş motosikletinə minərək və Batman kostyumu geyinərək işdən sonra dostları ilə görüşə gedən Ersin Çiçək çəkdirdiyi videoları sosial media hesabında paylaşır.
Fərqli portreti ilə tyolda qarşılaşdığı vətəndaşların suallarını cavablandıran Çiçək fotoşəkil çəkdirmək istəyən uşaqlarla söhbət edir.
- Vüqar Muradova ağır itki
- 24 May – Tarixdə bu gün
- Mәmmәd İsmayıl Avropa Akademiyasının hәqiqi üzvü seçilib
"Belə səyahət etməyə başlayandan sonra insanların reaksiyası çox gözəl oldu. İnsanlar əvvəlcə təəccüblənirlər, sonra öyrəşirlər. Dostlarım sosial şəbəkədə paylaşmağımı istədi. İlk baxılan video 1 milyonu keçdi, mən də çəkməyə davam etdim" - deyə o, bildirib.