"Baxmağa kətan yaxşı" – Ucal Haqverdiyev

"Baxmağa kətan yaxşı" – Ucal Haqverdiyev
calendar 1 sentyabr 2022
clock 16:55

Kulis.az “Baxmağa kətan yaxşı” adlı layihədə Azərbaycanlı rəssam Ucal Haqverdiyevin rəsmlərini oxuculara təqdim edir.

Ucal Həsən oğlu Haqverdiyev 9 iyun 1960-cı ildə Bakı şəhərində rəssam Həsən Haqverdiyev və həkim Vera Kalininanın ailəsində doğulub. O, 1975–1979-cu illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində oxuyur. 1979-cu ildə Tallində İncəsənət İnstitutuna qəbul olunsa da, təhsilini Azərbaycan Pedoqoji İnstitutunda davam etdirir. 1985-ci ildə Rəssamlar İttifaqının nəzdində gənc rəssamlar birliyinə daxil olur və 1987-ci ildən Ümumittifaq və respublika sərgilərində iştirak etməyə başlayır. Həmin il pravoslav xristian olur, xaç suyuna salınaraq "Pyotr" adını alır.

1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur. 1998–1999-cu illərdə bir qrup rəssamlarla ekologiya üzrə "Land ART" layihəsində iştirak etmiş, 2000-ci ildə "Labirint" qrupu tərkibində "Humay" mükafatına layiq görülmüşdür. 2000–2004-cü illərdə könüllü olaraq Mixail Arxangel kilsəsinin bədii tərtibatı ilə məşğul olub.

Rəssam 2004-cü il dekabrın 18-də vəfat edib.

"Müqəddəs İeronim" 1990

"Şərq motivləri" 1996

"Göldə gəzinti" 1998

"Qadın portreti" 2002

"Şəhər" 2000

"Atelyedə" 1989

"Misirə uçuş"

"Üzüm yığımı" 2000

"Qadın" 2000

"Caz" 1999

view 2550 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news